"Qanunvericiliyə edilən və Milli Məclisdə qəbul olunan dəyişikliklərə görə 60 yaşı tamam olan təhsil işçilərinin imtahanlarda iştirakı könüllüdür".
TehsilMedia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, 60 yaş tamam olan müəllimlərin sertifkasiyada iştirak etməmək hüququ var:
"Yəni, həmin yaşda olan müəllimimiz məcburi şəkildə sertifikasiya imtahanına cəlb oluna bilməz. Amma bu heç də onların imtahanlarda iştirak hüququnu məhdudlaşdırmır. Yəni mövcud qanunvericiliyə edilən dəyişiklik 60 yaşı tamam olan sertifikasiyada iştirak edərək əməkhaqqlarını artırmaq istəyən müəllimlərə imtahanda iştirak hüqiqu verir. Məsələn, əgər müəllimin 60 yaşı tamam olubsa və o imtahanda iştirak edərək əməkhaqqı artımları ilə bağlı faizlərdən faydalanmaq istəyirsə, o halda onun bu hüququ məhdudlaşdırıla bilməz".
Millət vəkili təklif edib ki, 60 yaşı tamam olmuş və sertifikasiyada iştirak edərək yüksək bal toplayan müəllimlərin 65 yaşı tamam olduqdan sonra onlara daha uzun müddət işləmək hüququ verilsin:
"Aydındır ki, gənc müəllimlərin işlə təmin olunması priortitetdir. Bununla belə pensiya yaşı tamam olduqdan sonra peşəkar və sertifikasiya imtahan balları yüksək olan müəllimlərin təhsil sistemində saxlanılması və onların biliklərindən istifadə olunması da vacibdir. Bu baxımdan 60 yaşı tamam olan və sertifikasiya imtahan balları yüksək müəllimlərə 65 yaşdan sonra pedoqoji fəaliyyətini davam etdirmək imkanın verilməsi məqsədəuyğundur".