"İbtidai sinif müəllimlərinin 30 %-nin təkmilləşdirilməyə ehtiyacı var".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, müəllimlərin 50 %-i qənaətbəxş, digərləri isə yüksək nəticə əldə ediblər".
"Sertifikasiya imtahanında 25-29 yaş aralığında olan müəllimlərin 99 %-i uğurlu nəticə əldə edib", - deyə E.Əmrullayev bildirib.