"Nə qədər ki, insanlar saxta diploma hörmətlə yanaşacaq, təhsilimiz inkişaf etməyəcək".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Saxta diplom alanlara hörmət etmək lazım deyil. Saxta diplomlu şəxslərin artması təhsilimizin inkişafına mane olur",- deyə nazir bildirib.