"Məktəblərimizdə metodist yoxdur, 51 bal həddini keçən müəllimlər bizim üçün həm də gələcək metodistlərdir".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
"Yüksək bal toplayan müəllimlər gələcəkdə metodist ola bilərlər. Hazırda məktəblərdə metodist sahəsi üzrə çatışmazlıqlar var. Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”, - deyə nazir vurğulayıb.