"Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçirilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar. Çalışırıq ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar".
TehsilMedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
Nazir bildirib ki, savadsız müəllim bütün cəmiyyətin problemidir:
"Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.