3 rayonun ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanında uğursuz nəticə göstərib.
Daşkəsən, Ağcabədi və Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiya imtahanının birinci mərhələsindən uğursuz keçib. Elm və Təhsil naziri Emin Əmrullayev deyib ki, Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricilərinə görə liderdir. Yəni, onlarda ortalama bal 40-dır. Nazir qeyd edib ki, sertifikasiya imtahanında 50-dən çox bal toplayan müəllimlərə vəzifələr verilə bilər.
Keçmiş müəllim metodist kimi fəaliyyət göstərə bilər. Son 10 ildə müəllimlərin orta əməkhaqqı 3 dəfədən çox artıb deyən Emin Əmrullayev, eyni zamanda bildirib ki, bu il 56 min insan müəllim olmaq istəyir. Nazir sertifikatlaşdırma prosesinin müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablandığın da qey edib. Bildirib ki, prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək.
Emin Əmrullayev bəzi riyaziyyat müəllimlərini çubuqlu bölməni edə bilməməklə də qınayaraq cəmiyyəti savadsızlığa total reaksiya verməyə çağırıb. O bildirib ki, sertifikasiya imtahanlarının məzmunu getdikcə çətinləşəcək.