"Bildiyimiz kimi hər bir müəssisənin özünəuyğun geyim tərzi mövcuddur. Son zamanlar sosial mediada kişi və qadın müəllimlərimizin geyim tərzi müzakirələrə səbəb olan mövzulardan biridir".
TehsilMedia.az xəbər verir ki ki, bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib.
O bildirib ki, ölkəmizin ayrı-ayrı məktəblərində fərdi qaydada müəllimlər vahid geyim tətbiq edirlər:
"Təhsil siyasəti üzrə inkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki, hər bir təhsil müəssisəsində şagird və müəllimlər üçün müəyyən olunmuş geyim tərzi vardır. Bu geyim forması ”Təhsil işçilərinin korporativ geyim tərzi” adlanır. Tətbiq olunan bu geyim tərzi müəllimləri şagirdlərdən fərqləndirir".
Ekspert bildirib ki, məktəb tərbiyə müəssisəsi kimi cəmiyyətə nümunəvi davranışı aşılmalıdır:
"Dar geyimdə, qısa ətəkdə, zinyət əşyaları ilə məktəbə gəlməyi doğru hesab etmirəm. Mən bunu insan hüquqlarının məhdudlaşdırılması kimi yox, nümunəvi davranışın təşviqi kimi görürəm. Vahid məktəbli forması tətbiq olunub. Həmçinin şənbə, bazar və istirahət günləri işə sərbəst və rahat geyim tərzində gəlmək olar. Həmin günlərdə əməkdaşın işgüzar görüşü planlaşdırılıbsa, o halda korporativ geyim tərzi istisna olmadan saxlanılmalıdır"
Ə.Ələkbərov qeyd edib ki, riayət etməkdə əməkdaşlarla yanaşı, struktur bölmələrin rəhbərləri də məsuliyyət daşımalıdırlar:
"Bu qaydaların pozulması halları əmək intizamının pozulması kimi qiymətləndirilməli, müvafiq tədbir görülməlidir".