"IX-XI siniflər üçün keçirilən buraxılış imtahanlarına Azərbaycan tarixi fənni də əlavə edilməlidir".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov bildirib.
Onun sözlərinə görə, hər bir vətəndaş öz tarixi keçmişini dərindən bilməlidir:
"Qəbul imtahanından əlavə olaraq buraxılış imtahanına Azərbaycan tarixi fənni əlavə olunmalıdır. Ali məktəblərə qəbul prosesində İngilis dili fənninə daha çox önəm verilir. Onun yerinə Azərbaycan tarixi fənninə üstünlük versək, cəmiyyət üçün daha savadlı kadrlar hazırlamış olarıq. İmtahan fənni kimi salınmasından asılı olmayaraq xarici dil fənnini hər bir peşə sahibi öyrənmək məcburiyyətində qalır. İstənilən xarici dil biliyi olmayan vətəndaş ehtiyacı olarsa, özü üçün dil öyrənə və ya tərcüməçi tapa bilər".
Əli Ələkbərov bildirib ki, ali məktəblərə III ixtisas qrupu üzrə qəbul olan abituriyentlər riyaziyyat fənni üzrə imtahan verirlər və gələcək həyatında çox zaman o fənn onlara lazım olmur:
"Ölkəmizdəki ümumtəhsil müəssisələrində Azərbaycan tarixi fənni imtahan səviyyəsində tədris olunsa, ali təhsil müəssisələrinin göstəriciləri aşağı olmaz. Azərbaycan tarixi sıradan bir fənn deyil, hər bir vətəndaş öz vətən tarixini bilməlidir".