Xaçmaz rayonunda itkin düşən məktəbli qardaşlar tapılıb.
3 gün əvvəl itkin düşən 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənanın yeri müəyyən edilib.
Onların atası Tural Muradovun APA-ya verdiyi məlumata görə, TehsilMedia.az bildirir ki, uşaqlar Xaçmaz ərazisində tapılıblar.
Onlar ailələrinə təhvil verilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan uşaqların tapılması barədə məlumatı təsdiq ediblər.
12:33
Xaçmazda iki məktəbli itkin düşüb.
TehsilMedia.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.
Onları görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.