Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ilində qızıl və gümüş nişanla təltif olunan şagirdlərin adları açıqlanıb.
TehsilMedia.az xəbər verir ki, Sumqayıt şəhəri üzrə 19 şagird nişana layiq görülüb. Onlardan 12-si Təbiət Elmləri Təmayüllü gimnaziyanın payına düşüb. Belə ki, gimnaziyanın 10 məzunu qızıl, 2 məzunu gümüş nişana layiq görülüb.
Şagirdlərimizi, onların valideynlərini, başda direktor Nizami Əhmədov olmaqla bu uğurun əldə edilməsində xüsusi əməyi olan müəllim kollektivini ürəkdən təbrik edirik.