Əgər IX və XI sinid şagirdi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəmirsə, onda həmin yeniyetmələr üçün buraxılış imtahanının heç bir əhəmiyyəti yoxdur.
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran əsədov deyib. O, mövcud imtahan formatının çox yanlış olduğunu qeyd edib:
"Belə ki, IX və XI sinif şagirdi həmən imtahanda iştirak edib hər üç fəndən 0 bal toplasa, ona attestat veririlir. Yəni imtahan nəticəsinin attestat almağa heç bir aidiyyəti yoxdur.
Bəs onda bu imtahanda iştirak etməyənə niyə attestat verilmir?”.
Təhsil eksperti hesab edir ki, buraxılış imtahanının əhəmiyyətini artırmaq, şagirdlərin məlum üç fənni (Azərbaycan dili, riyasiyyat, xarici dil) oxuması üçün hər fənn üzrə azı 20 bal keçid balı tətbiq etmək lazımdır ki, yalnız bunu toplayanlar attestat alsın.