Rəhimov Rəhim Rafiq oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini təyin olunub.
TehsilMedia.az xəbər verir ki, Rəhimov Rəhim 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini Sumqayıt Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı ixtisası üzrə bitirib.
O, uzun müddət müəllim kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən Ucar rayon Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyib.
Qeyd edək ki, Rəhimov Rəhim Rafiq oğlu 07 iyul 2022-ci ildən tarixdən Lənkəran-Astara Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdir vəzifəsində çalışıb.