Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənəd qəbulu davam edir.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən bildirilib.
Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.