Ümumi təhsil müəssisələrinin birinci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Elm və Təhsil Nazirliyindən "TehsilMedia.az"a verilən məlumata görə, qeydiyyat valideyn (və ya digər qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Qeyd edək ki, uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.