Dərs bölgüsünün diaqnostik qiymətləndirməyə yoxsa sertifikasiyaya əsasən aparılacağı müəllimləri narahat edən əsas məqamlardan biridir. Hazırda həm diaqnostik qiymətləndirmə, həm də sertifikasiya həyata keçirilir. Bəs görəsən, dərs bölgüsü hansı meyarlara əsasən aparılarsa, daha ədalətli olar?Bu mövzu barədə təhsil eksperti
Elvin Bədirli TehsilMedia.az-a açıqlama verib. O bildirib ki, dərs bölgüsünün sertifikasiyiya əsasən aparılması daha məqsədəuyğundur: "2026-cı ildə planlaşdırılmış sertifikasiya imtahanı bitəndən sonra bütün dərs bölgüsü sertifikasiyaya əsasən aparılacaq. Hər beş ildən bir müəllimlər sertifikasiya imtahanına girəcək və dioqnastik qiymətləndirmə imtahanı olmayacaq.
Qeyd edək ki, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları"nın 5.2-ci bəndinə əsasən təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 18 saat olmaqla müəyyən edilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. 2026-cı ili gözləməkdənsə, dərs bölgüsünü sertifikasiyaya uyğun aparmaq daha məqsədəuyğundur".
Ülkər Abdurahmanlı