Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması dövrümüzün ən aktual məsələlərdən biridir. Bəs görəsən İnkluziv təhsil nədir?
Bu barədə mütəxəssis
Gülnar Vəliyeva TehsilMedi.az-a açıqlama verib. O bildirib ki, inklüziv təhsil həm sağlamlıq imkanları məhdud uşaqlar, həm də sağlam uşaqların birgə təhsil almasıdır: "Bu təhsil növü ilə əlaqədar ilk öncə valideynlərin maariflənməsi əsas faktorlardan biridir. Çünki bir çox valideyn bu təhsil növü barədə məlumatsızdır. Valideynlər bir çox hallarda sağlamlıq imkanları məhdud övladlarını cəmiyyətdən təcrid edirlər. Cəmiyyətdən kənarlaşanda isə onlarda sosiallaşma gec baş verir".
Ekspertin sözlərinə görə, Azərbaycanda əsasən inklüziv təhsilin evdə keçirilməsinə üstünlük verilir: "Lakin xarici təcrübələrə əsasən bu cür uşaqların sağlam uşaqların arasında təlim-tərbiyə görməsi vacib amillərdən biridir. İlk öncə bu təhsil növünün məktəbəqədər təhsil müəssisələrində, daha sonra məktəblərdə tətbiq olunması daha məqsədəuyğun hesab olunur. Bu cür uşaqlar ilk əvvəl diaqnostikadan keçməlidir. Və diaqnostikanın nəticəsi olaraq onlara loqopedik, psixoloji dəstək göstərilməlidir. Məktəblərin nəzdində inklüziv təhsil üçün şəarait yaradılmalıdır. Bu zaman xüsusi proqramlardan və metodlardan istifadə olunması vacibdir.
Ülkər Abdurahmanlı