Bu gün 9-cu sinif buraxılış imtahanlarının ciddiləşməsi bir tərəfdən məsuliyyəti artırsa da, digər tərəfdən valideynlərin qayğısını çoxaldır. Əvvəllər ancaq universitet hazırlıqları zamanı xərcə düşən valideynlər indi 9-cu sinifdən etibarən övladını repetitor yanına göndərir. Əlavə məşğələ isə əlavə maliyyə itkisi deməkdir. Hazırlıq kurslarından isə bunun artıq günün tələbi olduğu bildirilir. Bu məqsədlə əksər hazırlıq kurslarında şagirdlərin buraxılış imtahanlarına hazırlaşması üçün qruplar yaradılır.
"
TehsilMedia.az"ın araşdırmasına görə, hazırlıq kurslarının qiymətləri heç də az deyil. Kursların ödənişinin 150-300 manat arasında dəyişdiyi məlumdur.
Mütəxəssis
Dadaş Ağalarov saytımıza açıqlamasında bildirib ki, hazırlıq kurslarında uşaqların imtahana hazırlaşması üçün xüsusi metodlardan istifadə olunur. Üstəlik kurslar tərəfindən sırf buraxılış imtahanlarına hazırlıq üçün xüsusi paketlər təkliflər mövcuddur: "Artıq bir müddətdir ki, buraxılış sistemi dəyişib və 300 ballıq sisteme keçid edilib. Buna görə də şagirdlər bəzən yeni metodları qavramağa çətinlik çəkirlər.
Görünən odur ki, valideynləri təkcə övladlarının ali məktəblərə qəbul olması deyil, buraxılış imtahanlarından keçməsi də maraqlandırır.
Valideynlərin bir çoxu bəzi orta məktəblərdə keçirilən dərslərdən narazıdılar. Şagirdərin kursa getməyinin əsas səbəbi də buradan qaynaqlanır.
Qeyd edək ki, 9-cu sinfi başa vurub attestat alan şəxslər bu sənədlə təhsillərini peşə təhsili müəssisələrində də davam etdirə bilərlər".
Ülkər Abdurahmanlı