Dünən keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, yaxın zamanlarda şagirdlərin məktəbə telefon aparılması qadağan olunacaq. Nazir bu qərarın üzərində düşündüklərini diqqətə çatdırıb. Bəs görəsən, bu qərar həyata keçirilərsə, təhsildə hansı nəticələrə gətirib çıxara bilər? Ümumiyyətlə, qərarın qəbulu valideynlər tərəfinfən necə qarşılanacaq?.
Bu barədə təhsil eksperti
Elşən Qafarov TehsilMedia.az-a açıqlama verib. O bildirib ki, dünyanının müxtəlif ölkələrində, o cümlədən Sinqapur və Yaponiyada məktəbə telefon gətirilməsi qadağandır: "Ən başlıca məqam budur ki, bizim ölkəmizdə uşaqlar ərazi baxımından məktəbdən çox uzaqda yaşamırlar. Buna görə də, telefonun məktəbə aparılması o qədər də əhəmiyyət kəsb etmir. Uşaqların tədrisə cəlb olunmasına maneə olan əsas səbəblərdən biri məhz telefonlardır".
Ekspert bu qərarın düzgün olduğunu vurğulayıb: "Əgər valideyn övladından çox narahat qalırsa ağıllı telefonun əvəzinə sadə telefon alıb verə bilər. Belə olarsa, həmin sadə telefonlarda uşağın marağını oyadacaq heçnə qalmayacaq. Valideynlər əmin olmalıdır ki, smart telefonlar övladlarının həyatına mənfi təsir göstərir.
Ülkər Abdurahmanlı