Bildiyimiz kimi, 743 nəfər müəllim sertifikasiyadan keçə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıbə. Təhsil nazirinin müavini də qeyd edib ki, bu müəllimləri əvəzləyə biləcək ehtiyat müəllim potensialı mövcuddur. Bəs görəsən, Azərbaycanda işdən çıxarılan müəllimləri əvəzləyəcək ehtiyat kadr potensialı mövcuddurmu?
Bu barədə təhsil eksperti
Elçin Əfəndi "
TehsilMedia.az"a açıqlama verib. O bildirib ki, həqiqətən bu müəllimləri əvəzləyəcək kadrlar var: "Çünki hər il sertifikasiyadan keçən, müvafiq balı toplayan və müsabiqə şərtlərini ödəyən müəllimlər vakansiya olmadığı üçün vəzifələrini icra edə bilmirlər. Bundan əlavə, sertifikasiyadan keçə bilməyən 743 nəfər müəllimin işdən çıxarılmasını düzgün qərar hesab edirəm. Bu müəllimlər öz vəzifələrinin icrasına davam etsəydilər, onların "zəhər"lədiyi şagidlərin sayı çox olardı. 743 müəllim bir audutoriyaya girdikdə minumum 25 nəfərə dərs deyir. Bu rəqəmi hesabladıqda 10 mindən çox şagird sayı deməkdir. Ümumiyyətlə, bu şagirdlərin təhsil göstəricilərinin yüksək olması üçün çalışmaq lazımdır. Nəinki, həmin müəllimlərin işdə qalmasına səy göstərmək".
Elçin Əfəndi həmin müəllimlərə edilə biləcək güzəştlərdən də bəhs edib. O bildirib ki, həmin müəllimlər əmək müqaviləsinə xitam verildikdən sonra əmək pensiyasına çıxarıla bilər. Amma bu, sadəcə bir təklifdir. Bu, nazirliyin səlahiyyətində olan bir məsələdir. Bu müəllimlər qalın və incə samitləri qarışdırırsa, qalıqlı bölməni həll edə bilmirsə, o zaman onların əmək müqaviləsinə xitam verilməsi düzgün qərardır.
Ülkər Abdurahmanlı