"Hər il zəif məktəblərin nəticələrinin artırılması istiqamətində mütəmadi şəkildə işlər görülür".
TehsilMedia.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.
İdarə müdiri bildirib ki, keçən il göstəricisi 25 faiz olan məktəblərin keyfiyyəti bu il 29 faizə qədər artıb:
"Fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır. Bu o deməkdir ki, yaxşı oxuyan şagirdlərin sayı çoxalır".