Bu tədris ilində 61 dərslik üzərində çalışılıb. Bu il ümumilikdə 318 adda dərslik çap olunub və məktəblərə çatdırılıb.
TehsilMedia.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bir dərslik üzərində 50-60 adamın əməyi var:
“Elə bir söz birləşməsi olub ki, orada bir söz birləşməsinin birgə və ya ayrı yazılması müzakirəsinə görə 6 dərsliiyin çapa verilməsi ləngidilib. Hazırda növbəti il üçün V-IX sinif dərslikləri üzərində hazırlıq prosesinə başlamışıq. Məsələn, Coğrafiya və Tarix dərslikləri zamanın tələbinə uyğun olaraq yenilənməlidir. Ən çox üzərində dəyişiklik aparılan humanitar fənlərdir”.