Sertifikasiya müsabiqəsinin müsahibə mərhələsi davam edir.
Bölgələr üzrə müvafiq olaraq Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri üçün onlayn formatda müsahibələr təşkil olunur.
Məlum olduğu kimi, sertifikasiyanın test imtahanlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı isə 35 faiz artımla veriləcək.
Sertifikasiyanın hər iki mərhələsindən keçən müəllimlər maaşlarının nə zaman artırılacağı barədə maraqlanır.
TehsilMedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən azedu.az-a bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi hələ ki, yekunlaşmayıb.
“Sertifikasiyanın hər iki mərhələsindən keçən müəllimlərin maaş artımı ilə bağlı məlumat olduqda ictimaiyyətə bildiriləcək”- deyə nazirlikdən əlavə olunub.