22 oktyabr saat 11:00-da 20 nömrəli məktəbin akt zalında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə bağlı tədbir təşkil ediləcək.
Bu barədə
TehsilMedia.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, məktəb Parlament prospekti 7/11 ünvanında yerləşir.
Tədbirə şagirdlərin tək valideyn ilə gəlməsi və özü ilə şəxsiyyət vəsiqəsini gətirməsi tələb olunur.