Azərbaycanın təhsil sektorunun inkişafında Sumqayıt məktəblərinin rolu hər zaman böyük olub. Belə ki, Sumqayıtın təhsil ocaqları uzun illər ali məktəblərə qəbuldakı nəticələrinə görə birinciliyi qoruyub saxlayıblar. Bundan başqa şəhərin məzunları arasında 700 bal toplayaraq yüksək ixtisaslara qəbul olunanların, eləcə də dünyanın nüfuzlu universitetlərində təhsil alanların sayı həmişə çox olub. Hətta Sumqayıt məktəbləri Respublikada "Minarə xanımın məktəıbi", yaxud "Nizami müəllimin məktəbi" kimi xüsusi adlarla da tanınıb. Bu da həmin təhsil müəssisələrinə rəhbərlik edən direktorların əməyinin nəticəsi kimi qiymətləndirilə bilər.
Belə ki,
Minarə Tahirova uzun illər Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olub və bu məktəb təhsilin keyfiyyətinə görə, bütün Respublikada nümunə kimi göstərilib. Həmçinin Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya və onun direktoru Nizami Əhmədov ölkədə xüsusi hörmətlə qarşılanan pedaqoqlardan biridir. Onun rəhbərlik etdiyi Gimnaziya ölkəmizi hər zaman beynəlxalq təhsil yarışlarında uğurla təmsil edib və bir sıra nailiyyətlər qazanıb.
TehsilMedia.az xəbər verir ki, Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziya buu dəfə də böyük uğura imza atıb. Belə ki, məktəb Azərbaycanın ən çox Prezident təqaüdçüsü olan təhsil müəssisəi seçilib. Məktəbin şagird və məzunları bu dəfə də həm oxuduqları təhsil müəssisəsinin, həm də direktor Nizami Əhmədovun adını yüksəklərə qaldırmağı bacarıblar.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziya 2023-cü il üzrə Azərbaycanın ən çox Prezident təqaüdçüsü olan məktəbi seçilib. Gimnaziyanın 6 məzunu (Nəzərov Cavid Mehman oğlu, Cəfərov Emil Adil oğlu, Ağadadaşova Ayla Azad qızı, Şükürlü Hicran Zaur qızı, Rüstəmova Aytac Bəxtiyar qızı və Ömürova Səbinə Qəfər qızı) Prezident təqaüdçüsü olub. "TehsilMedia" kollektivi adından bu böyük uöğur münasibətilə Gimnaziyanın Prezident təqaüdçüsü süçilən məzunlarını və direktor Nizami Əhmədovu ürəkdən təbrik edirik. Çünki bu, yüksək idarəçilik bacarığından və göstərilən diqqətdən irəli gələn bir uğurdur.
Müşviq Tofiqoğlu,
Təhsil Media