DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polisin keçirdiyi axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri müəyyən olunaraq ailələrinə təhvil verilib.
10:16
Gəncədə və Tovuzda yeniyetmə qızlar itkin düşüb.
TehsilMedia.az xəbər verir ki, Gəncə şəhəri Xətai prospektində yaşayan 2009-cu il təvəllüdlü T.Quliyeva (soyadlar şərtidir) evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.
Oxşar hadisə Tovuzun Aşağı Quşçu kəndində də baş verib. 2009-cu il təvəllüdlü G.Babayeva dünən səhər sata 8 radələrində yaşadığı evdən çıxıb və bird aha geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, itkin düşən qızların ikisi də məktəblidir