Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TehsilMedia.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Abdulyan kəndində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.
Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.