Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə "Vətənim Azərbaycan" adlı tədbir keçirilib.
TehsilMedia.az xəbər verir ki, İbtidai sinif müəllimi Aida Ağayevanın təşkilatçılığı və 1 c sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur.
Açılış nitqi ilə çıxış edən A. Ağayeva Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə təhsil sisteminin genişləndirilməsi və inkişaf etdirilməsi əsas prioritet istiqamətlərindən biri idi. Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar sayəsində təhsil sistemi dünya təcrübəsində inkişaf tendesiyalarına cavab verən hazırki səviyəyə çatmışdır.
Həmçinin, tədbirdə şagirdlərə Azərbaycanın tarixi, irsi, mədəniyyəti, sərvətləri, tarixi abidələri, şəhərləri, zəngin dili haqqında maarifləndirici məlumatlar verilib.
Tədbir əbədi-bədii kompozisiya ilə davam edib.
TƏHSİL MEDİA