Gəncədə orta təhsil müəssisələrində yenilik olacaq.
TehsilMedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxış edib.
O bildirib ki, yaxın vaxtlarda Nizami yurdunun məktəblərində müşahidə kameraları quraşdırılacaq. “Bu gün “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə müşahidə kameraları quraşdırılıb. Gəncə və Lənkəran da bu layihəyə qoşulacaq. Beləliklə, kamera quraşdırılacaq məktəblərin sayı artırılacaq. Ümumilikdə sözügedən məsələ gündəliyimizdədir”, – deyə Bağırov bildirib.
Fəridə Ağaxanlı