Rusiyada 8-ci sinif şagirdi olan qız məktəbdə atəş açıb.
TehsilMedia "TASS"a istinadən xəbər verir ki, hadisə Bryansk şəhərində yerləşən 5 saylı gimnaziyada baş verib.
Belə ki, yeniyetmə qız məktəbə gətirdiyi odlu silahdan bir neçə dəfə atəş açıb. Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.