Samuxda məktəb direktorunun müəllimi döydüyü iddia edilir.
TehsilMedia.az xəbər verir ki, iddialara görə, hadisə rayonun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə baş verib.
Belə ki, ibtidai sinif müəllimi Şəhla Quliyevanın sözlərinə görə, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.