Qırğızıstanda bütün təhsil müəssisələrində üzbəüz təhsilin dayandırılması və təlimin onlayn keçirilməsi qərara alınıb.
TehsilMedia.az Qırğızıstanın Təhsil və Elm Nazirliyinə istinadən xəbər verir ki, bu qərar havaların soyuq keçməsi ilə bağlı alınıb.
Belə ki, ölkədə soyuq hava şəraiti ilə əlaqədar gələn həftəyə qədər üzbəüz təhsilin dayandırılmasına qərar verilib.
Ölkənin Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətindən verilən açıqlamada da bəzi yerlərdə havanın temperaturunun mənfi 35-dən aşağı düşəcəyi bildirilib.