2023–2024-cü tədris ilində ümumi təhsil müəssisələri üçün 61 adda dərslik yenilənib.
Bu barədə "
TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 318 adda 7 758 970 nüsxə dərslik çap edilib və məktəblərə çatdırılıb. 21 adda dərsliyin Brayl əlifbasında törəmə nəşrləri hazırlanaraq çap edilib və xüsusi təhsil müəssisələrinə çatdırılıb.
Bundan başqa, 4 azsaylı xalqın dilində 13 adda dərslik yenilənib və 19 150 nüsxədə çap edilərək ümumi təhsil müəssisələrinə çatdırılıb.