Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi ümumbəşəri dəyərlərə əsaslanaraq ümumdünya təhsil sisteminə inteqrasiya yolu ilə inkişaf etməkdədir.
Bu barədə "
TehsilMedia.az"a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas, peşə və orta təhsilə malikdir.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1696 dövlət və 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118 min uşaq tərbiyə alır.
2023/2024-cü tədris ilinin əvvəlinə ölkənin 4388 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq
qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 23,5 faiz olub.