"Hava şəraiti ilə əlaqədar paytaxtda və regionlarda ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb".
Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, təhsil müəssisələrində xüsusi hallar müşahidə edilməyib, tədris prosesi fasiləsiz davam etdirilir:
"Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, həmçinin təhsildə fasiləsizliyin təmin edilməsi diqqət mərkəzində saxlanılır".