"Ali təhsil müəssisələrinə qəbul imtahanlarinin tarixləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq".
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.
O bildirib ki, bunun üçün müxtəlif dövlət qurumları ilə müzakirələr aparılır, ölkədə keçirilən mühüm tədbirlər, hava şəraiti və digər məsələlər nəzərə alınır.