Ötən həftə Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin fəaliyyəti Lənkəran şəhəri 2 və 4 nömrəli tam orta məktəblərdə təşkil edilmişdir. Şagirdlər hazırda həmin məktəblərdə öz təhsillərini uğurla davam etdirirlər.
Bu barədə Məkktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Lənkəran şəhərində təmirə ehtiyacı olan digər bir təhsil müəssisəsi də R.Bədəlov adına şəhər 9 nömrəli tam orta məktəbdir.
Aparılan müşahidələr onu göstərir ki, məktəbin binasının təmirə ehtiyacı olması həmin məktəbdə tədris alan şagirdlərin təhsili üçün müəyyən çətinliklər yaradır.
Qeyd olunan problemin aradan qaldırılması üçün Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən mümkün imkanlar dəyərləndirilmiş və Lənkəran şəhəri 9 nömrəli tam orta məktəbin öz fəaliyyətini müvəqqəti olaraq həmin təhsil müəssisəsindən 1 km məsafədə yerləşən A.Məhərrəmov adına Lənkəran şəhəri 7 nömrəli tam orta məktəbdə davam etdirməsi ilkin mərhələdə uyğun hesab edilmişdir.