Birinci, ikinci və dördüncü ixtisas qrupları üzrə hazırlıq keçən abituriyentlər Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Əsasən Gəncə, Samux, Şəmkir və Mingəçevirdən olan abituriyentlər əvvəlcə ADAU-nun Baytarlıq tədris korpusunda yerləşən muzey və laboratoriyalara baş çəkib, Tələbə evlərini gəziblər.
Abituriyentlərə universitetin maddi-texniki bazası, tədris-təcrübə imkanları və beynəlxalq əlaqələri barədə də ətraflı məlumat verilib.
Sonra ali təhsil müəssisəsi haqqında videoçarx nümayiş olunub, abituriyentlərin sualları cavablandırılıb.