Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri tərəfindən təqdim olunmuş 14 layihədən 5-i “Sabahın alimləri” XIII respublika müsabiqəsinin finalına vəsiqə qazanıb.
Bu barədə BDU-dan məlumat verilib.
Bildirilib ki, liseyin X sinif şagirdləri Nihad Həşimov və Onur Allazov fizika, astronomiya, İlyas Muxtarov və Bəxtiyar Əmiraslanov kimya, Fuad Hüseynov biologiya istiqamətləri üzrə, IX sinif şagirdləri Cabir Abbasov kimya, Cavidan Pənahlı və Aylin İsayeva mühəndislik istiqamətləri üzrə final turunda iştirak hüququ əldə ediblər.