Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdi döyülüb.
Məktəblinin 7 yeniyetmə tərəfindən döyüldüyü iddia olunur.
Hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən hadisənin araşdırıldığı bildirilib.
Məktəbdən AzEdu.az-ın soruğusuna cavab olaraq bildirilib ki, qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb: "Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".