1. Bir abituriyent 2 fərqli ixtisas qrupu üzrə blok imtahanında iştirak edə bilər.
2. Bir abituriyent 3 ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edə bilər.
3. Buraxılış imtahanının nəticəsi iki il keçərlidir.
4. Məzunlar istərsə keçənilki buraxılış balı ilə seçimə girər, istərsə də təkrar buraxılış imtahanı verə bilər (istəkdən asılıdır)
5. Abituriyent istədiyi xarici dil üzrə imtahan verərək topladığı bal ümumi balina əlavə oluna bilər.
6. Qiyabidən əyaniyə, əyanidən də qiyabiyə transfer mümkündür.
7. Azərbaycan təhsil sistemində eyni anda iki ali təhsil almaq mümkün deyil.
8. Hər bir Azərbaycan vətəndaşı həm kollecdə, həm də universitetdə dövlət sifarişli təhsil ala bilər.
9. 11-ci sinif abituriyentləri həm də 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edərək 9 dan kollec seçə bilər.
10. Buraxılış imtahanında şagird 2 alsa da attestat ala bilər.
11. Müəllimlik ixtisaslarının qiyabisi olmur.
12. Son bir yer uğrunda mübarizədə Abituriyentlərin topladığı bal eyni olarsa attestat qiymətləri yüksək olan müsabiqədən keçir.