Fərqlənmə (qırmızı) attestatı kimlərə verilir?
1. Ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən;
2. Bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan;
3. Ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan;
4. Respublika fənn olimpiadalarının qalibləri
5. Beynəlxalq fənn olimpiadalarının iştirakçıları və qalibləri.
Qeyd: məzunlara fərqlənmə attestatı sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və qərar qəbul edilərək məktəb direktoru tərəfindən təsdiqlənir. Müvafiq regional Təhsil idarəsinə təqdim edilir.
Qeyd: Respublika və dünya fənn olimpiadalarının qalibləri qırmızı attestata ideal namizəd hesab olunurlar.