2024-cü ilin fevral ayından etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 255 nömrəli tam orta məktəbdə metodik işin təşkilinə start verilmişdir.
"Müasir metodik xidmətin təşkili" layihəsi çərçivəsində ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarını öyrənmək, onlara yerində dəstək olmaq məqsədi ilə bu həftə ərzində də dərsdinləmələr davam edir.
Müasir metodiki xidmətin tətbiqi keyfiyyətli təhsil üçün şərait yaradılması, müəllimlər arasında əməkdaşlıq, səmərəli müzakirələrin təşkilinə xidmət edir.