Buraxılış imtahanında iştirak etmək üçün şagirdin özünün qeydiyyatdan keçməsi tələb olunmur.
Qeyd olunub ki, məlumatlar məktəb tərəfindən “Şagird-məzun” sisteminə daxil olunur.
Şagirdlər imtahana bir neçə gün qalmış buraxılış vərəqəsini çap etməli və elan olunan vaxtda imtahanda iştirak etməlidirlər. Buraxılış vərəqəsi məktəb tərəfindən də çap olunub şagirdə təqdim oluna bilər.