"Gələn il Qubada peşə təhsil müəssisəsinin əsası qoyulacaq"
TehsilMedia.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Elm və Təhsil Nazirliyinin Effektiv kommunikasiya mövzusunda seminardakı çıxışı zamanı deyib:
“Biz keyfiyyətli peşə təhsili istəyiriksə, bunun üçün infranstruktur qurulması başlıca şərtdir. Gələn il üçün Qubada peşə təhsil müəssisəsinin, həmçinin Qaxda yeni təhsil müəssisəsinin əsasını qoymağı planlayırıq”.