Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun rəhbərliyi və kollektivi Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyləri ilə əlaqədar Fəxri xiyabanda məzarlarını ziyarət ediblər.
Bu barədə "TehsilMedia.az"a institutdan bildirilib.
Polimer Materialları İnstitutunun əməkdaşları Ulu Öndərin və onun ömür-gün yoldaşı akademik Zərifə Əliyevanın məzarları üzərinə tər güllər düzərək xatirələrini ehtiramla yad ediblər.