Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında Türkiyə Respublikasının 100 illik yubileyinə həsr edilən tədbirlər keçiriləcək.
TehsilMedia.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında deyib.
AMEA rəhbəri bu istiqamətdə "Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev dövründə”, Türkiyə və Azərbaycan seysmoloqlarının beynəlxalq konfransı və digər tədbirlərin baş tutacağını, yekunda "Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.
TƏHSİL MEDİA