Azərbaycan üzrə Avropa Dünya Amputant Federasiyasının Prezidenti Rövşən Quliyev tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və federasiyanın yaranmasının beş illiyi münasibətilə tədbir təşkil olunub.
TehsilMedia.az xəbər verir ki, tədbirdə federasiyanın təsisçiləri Rövşən Quliyev, Elmar Hüseynli, idarə heyətinin üzvü Anar Məmmədov, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmir Əliyev, milli qəhrəman ailələri, qazilər və şəhid ailələri iştirak ediblər.
Tədbir iştirakçıları Fəxri xiyabana gedərək Ulu öndərin məzarının önünə gül dəstələri düzüblər. Sonra, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub.
Daha sonra İdman Olimpiya Kompleksində Zəfər klubunun təqdimatı keçirilib. Tədbir iştirakçıları klubun yaranmasında əməyi olanlara təşəkkürünü bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.
TƏHSİL MEDİA