117 saylı Oğuz-Qəbələ seçki dairəsinin seçiciləri təşəbbüsü ələ alıblar. BDU-nin, T.C. Marmara Universitenin məzunu ,T.C. Yıldız Teknik Universitetinin doktorantı Dilbər Sadıqov (Cosqunsoy) təşəbbüs grupu yaradıb. Təşəbbüs qrupu 117 saylı Oguz-Qəbələ seçki dairəsindən Milli Məclisə Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyevanın namizədliyini irəli sürüb.
İctimai fəal olan ziyalı xanım yerli media orqanları vasitəsilə fikirlərini geniş şəkildə ictimaiyyətə çatdırmaqdadır.
Görən bu aktual təşəbbüsə Leyla xanım və YAP-nin rəhbəri razılıq verəcəkmi?
Qeyd edək ki, cənab İlham Əliyevin də, Mehriban xanım Əliyevanın da yolu Milli Məclisdən keçib.