Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb.
TehsilMedia.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, DİM sədri ilə bağlı qərarin sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.
Məsələ ilə Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı məlumat yoxdur.
"Bizdə belə bir məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir".