Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransına məqalə qəbulu davam edir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən "TehsilMedia.az"a bildirilib ki, məqalələr mayın 22-dək qəbul olunur.
Konfrans "Heydər Əliyev və klassik Azərbaycan ədəbiyyatı”, "Azərbaycan ədib və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyevin xidmətləri”, "Heydər Əliyev və müasir Azərbaycan ədəbiyyatı”, "Heydər Əliyev və "Kitabi- Dədə Qorqud” abidəsinin öyrənişində yeni mərhələ” və "Heydər Əliyevin dövlət siyasətində mədəni irs və klassiklərimizin Azərbaycan böyüklüyünün rəmzi kimi istifadəsi” bölmələrini əhatə edəcək.
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir. Məqalənin tərtib olunma qaydaları və konfrans haqqında ətraflı məlumat Ədəbiyyat Muzeyinin saytında yerləşdirilib.
"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda respublika elmi konfransı iyunun 14-də Ədəbiyyat Muzeyində keçiriləcək.